Misirin keçmiş prezidenti Hüsnü Mübarək həbsdən azad edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 88 yaşlı Hüsnü Mübarək həbsxanada 6 il olub.

Xatırladaq ki, 2011-ci ilin əvvəlində bir sıra ərəb ölkələrində hökumətə qarşı iqtisadi və sosial problemlərlə bağlı kütləvi etiraz aksiyaları başlayıb.

2011-ci ilin yanvarın 25-də Qahirədə küçələrə axışan minlərlə insan Mübarəkin istefasını tələb etdi. Misirdə etirazlar 18 gün sürüb.