Türkiyədə dizelin qiymətində dəyişiklik olub.

Unikal.org bildirir ki, bu gecə dizel yanacağının qiymətində 7 qəpik ucuzlaşma olacaq.

Türkiyənin müvafiq dövlət qurumunun açıqlamasına görə, dizel İstanbulda 4,52 lirədən 4,45 lirəyə, Ankarada 4,58 lirədən 4,51 lirəyə, İzmirdə 4,56 lirədən 4,49 lirəyə endiriləcək.