4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək. 

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də M.K. Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə Montin qəsəbəsi, metronun N.Nərimanov və Ş.İ.Xətai stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək. 

Belə ki, bu marşrut xətti üzrə avtobuslar metronun Ş.İ.Xətai stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən M.K.Atatürk prospektinə, daha sonra akademik Həsən Əliyev və Ceyhunbəy Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək. Məlumat üçün bildiririk ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.