Bavariyanın Bamberq şəhərində avtobusların birində aşkar edilən naməlum əşyaya görə şəhərin mərkəzi avtovağzalı evakuasiya edilib.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NTV telekanalı məlumat verib.

Qeyd olunur ki, avtovağzal ərazisində aşkar olunmuş naməlum əşya ilə bağlı olan partlayışla hədələri qışqıran şəxs artıq saxlanılıb.

Hadisə yerində polis işləyir.