Almaniya millisinin və "Ştuttgartın sabiq futbolçusu Kevin Kuranyi karyerasını başa vurub.

Unikal.org-un məlumatına görə, 35 yaşlı hücumçu bundan sonra futboldan kənar işlərlə məşğul olacaq.

Kuranyi karyerası ərzində "Ştuttgart, "Şalke, "Dinamo Moskva və "Hoffenhaym kimi klubların şərəfini qoruyub. 2008-ci il 11 oktyabrında Rusiya ilə matçın əsas heyətinə düşmədiyindən millinin düşərgəsini özbaşına tərk edir. Alman ulduz bu hadisədən sonra bir daha Almaniya millisinə çağırılmır.