Model öz ayaqları ilə ağlı başdan alır

Anna Semenoviç seks-bomba imicini yenidən qaytarmaq niyyətindədir.

Unikal.org-un "Rambler"-ə istinadən verdiyi xəbərə görə, təxminən bir il əvvəl o, yeni görünüşü üçün pəhriz proqramına və ciddi idmana başlayıb. Bunun nəticəsində müğənni gözəl bədən quruluşuna sahib olub.

O, çimərlik geyimində şəkillərini paylaşaraq fanatlarını təəccübləndirib. Şəkillərə yüzlərlə tərif dolu şərh gəlib.

Bəzi fanatları müğənninin arıqladığına inanmayıb, onun şəkillərinin fotoşop olduğunu düşünüblər.