Falçının evindən tapılan bu əşya hər kəsi mat qoydu

Türkiyənin Kartal deyilən ərazisində uşağı olmayan qadınlara "dua yazaraq "cin çıxardığını deyən S.G və üç qohumu həbs edilib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, falçının evindən çıxan əşyalar hər kəsin diqqətini çəkib.

Falçıya müraciət edənlərin sayı o qədər çox olub ki, hətta evə banklarda istifadə olunan aparat da qoyublar.

Polis falçının evini müsadirə edən zaman dua yazmaq üçün istifadə olunan kağızlar, "şəfa duası olduğu deyilən ərəbcə yazılar olan vərəqələr və s. aşkarlanıb.

Əməliyyat zamanı falçının insanların inamından necə sui-istifadə etdiyi və bu yolla nə qədər pul qazandığı da məlum olub. S.G-nin evindən tapılan qiymət lövhəsində müayinənin 30 lirə, duanın isə 300 lirə olduğu müəyyən olunub. Bundan başqa "bazarlıq etməyin yazılı plakat da polisin diqqətini cəlb edib.

Polis falçının evindən 6 min 300 lirə də götürüb.