Banqladeşin paytaxtı Dəkkədə, beynəlxalq hava limanında terrorçu-kamikadze özünü partladıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident aeroportun polis məntəqəsi qarşısında qeydə alınıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.