Yəməndə üsyançı husilər ("Ənsər Allah hərəkatı) və hökumət qoşunları arasında qanlı toqquşmalar baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sutka ərzində Şabva əyalətində qeydə alınan döyüşlərdə 20 üsyançı husi və 7 hərbçi ölüb.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.