Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,57% artaraq 47,97 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,47% artaraq 50,80 dollar olub.

Bu arada qızıl da dwnya bazarında 1 dollardan çox bahalaşıb.

Amerika fond bazarında Dow Jones indeksi 0,29% - 20 596,72 bəndədək, S&P 500 0,08% - 2 343,98 bəndədək ucuzlaşıb, NASDAQ 0,19% - 5 828,74 bəndədək bahalaşıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,05% - 7 336,82 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,20% - 12 064,27 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,24% - 5 020,90 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,60 dollar bahalaşaraq 1 251,70 dollara, gümüş isə 0,18 dollar bahalaşaraq 17,78 dollara satılıb.