ABŞ-ın Nyu-York şəhərinin Pensilvaniya ştatında iki qatar relsdən çıxıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Qatarlardan biri Vaşinqton, digəri isə Nyu-Yorkun Manhetten rayonu istiqamətində hərəkətdə olub.

Pensilvaniya vağzalının işi müvəqqəti olaraq dayandırılıb.