"CHP lideri Kamal Kılıçdaroğlu prezident sarayında keçiriləcək Liderlər Sammitinə gəlməyəcəyini deyirdi, amma quzu kimi gəldi". 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Antalya şəhər bələdiyyəsinin yeni inzibati binasının açılışı mərasimində deyib.

"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya şəhər bələdiyyəsinin binasını - red.) qoruya bilmədikləri kimi... Məlum zat "ora getməyəcəm" demişdi, amma sonradan quzu kimi gəldi. Mən gələcəklərini bilirdim. Bunlar bir sözünün üstündə durmur. Axşam başqa şey deyirlər, səhər başqa şey", - deyə prezident bildirib.