"LA Galaxy" klubunun hücumçusu Lendon Donovan karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, ABŞ millisinin sabiq kapitanı ikinci dəfə butslarını mismardan asdığını elan edib. Donovan 2014-cü ildə artıq bir dəfə karyerasını başa vurmuş və 2016-cı ilin sentyabrında fikrini dəyişmişdi.

Bu mövsüm komandasının 9 oyununda meydana çıxan 35 yaşlı futbolçu 1 qol vurub. O, "Bayer Leverkusen", "San Jose Earthquakes", "Bayern Munich" və "Everton"un da şərəfini qoruyub.