7 yaşlı Əli Səfərov həm hərəkətləri, həm də görünüşü ilə özünü çinli əfsanəyə bənzədir.

Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, Əli Səfərov 4 ildir hər gün çox sevdiyi idamçı - aktyorun kinolarına baxıb, ona bənzəmək üçün dəridən- qabıqdan çıxır. Balaca Brüs Li dayanmadan 10-dan artıq pres və jim vura bilir. Hətta Brüs Li kimi 2 barmağının üstündə tək əllə jim edir.

Balaca Brüs Linin idmana həvəsi çox olasa da, dərslərlə arası yaxşı deyil. 1-ci sinifdə təhsil alan Əlinin arzusu Brüs Li kimi tanınmış və güclü bir idmançı olmaq və tanınmaqdır.