Rusiyanın Kazan şəhərində 23 yaşlı Sitora Baratova avtomobilin idarəetməsini itirərək ağır qəzaya səbəb olub.

Unikal. org-un məlumatına görə, sükan arxasında olan qız "Vkontakte sosial şəbəkəsində canlı yayım aparırdı.

"Salam. Kim nə ilə məşğuldur?, - o izləyicilərinə sual verib və mahnı oxumağa başlayıb.

Polisdən bildiriblər ki, gənc qız düzgün sürət seçməyib və yolun əks istiqmətinə çıxıb. Nəticədə avtomobil qarşıdan gələn avtobusla toqquşub.

Qəza zamanı Sitora Baratovahadisə yerindəcə ölüb, biri yeddi yaşlı uşaq olmaqla, avtobusun beş sərnişini isə xəsarət alıb.