***16:12

Lənkəranda qətl hadisəsi törədilib. Hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.

Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

Lənkəran rayonunun Səpnəkəran kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, kənd orta məktəbinin müəllimi, 48 yaşlı Maygül Daməd qızı Əliyeva taxta parçası ilə baş nahiyəsindən aldığı zərbə ilə qətlə yetirilib.

İlkin məlumatlara görə, M.Əliyevanı həyat yoldaşı Rüfət Aydın oğlu Əliyev öldürüb.

Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını ölmüş vəziyyətdə tapıb. Həmin vaxt atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb.

Həmçinin bildirilib ki, ailədə tez-tez mübahisələr olub və R.Əliyev bir neçə dəfə arvadını döyüb.

R.Əliyevin atası A.Əliyev bildirib ki, oğlu Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanılıb.