Canlı olaraq torpağa basdırılan yeni doğulmuş körpənin həyatı son anda xilas edilib. 

Unikal.org bildirir ki, hadisə Hindistanda qeydə alınıb. Uşağı xilas edən Alok Ranjan torpağın üzərində birinci körpənin ayaqlarını görüb. Onun sözlərinə görə, körpənin başı torpaqda olub. Ranjan onu dərhal xilas edərək xəstəxanaya çatdırıb. Həkimlər körpə qız uşağının həyatını qurtarıblar.