Ağdamda intihar hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Abbasova Cəmalə Saday qızı özünü asaraq intihar edib. Yaxınları onun ruhi xəstə olduğunu bildiriblər.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.