Kür çayının Xəzər dənizinə qovuşan hissəsində batan şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Mayak kəndi ərazisində, Kür çayının Xəzər dənizinə tökülən hissəsinə yıxılaraq boğulan şəxs rayon sakini İsmayıl Əsədovdur. O, suya düşərkən sərxoş vəziyyətdə olub.

Hazırda onun meyitinin tapılaraq sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.