Tovuz rayonunda dəm qazından zəhərlənmə olub. 

Unikal.org xəbər verir ki, Xatınlı kənd sakini, 1995-ci il təvəllüdlü Abbasova Leyla Zahid qızı vanna otağında dəm qazından zəhərlənib. 22 yaşlı qız dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.