Azad Azərbaycan Televiziya və Radio Şirkətlər qrupunun nəzdində yaradılmış atv.az xəbər saytının fəaliyyətinin dayandırlması ilə bağlı xəbər vermişdik.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən kanalın sözçüsü Turan İbrahimov faktı təsdiqləyib. O bildirib ki, ATV.az bundan sonra xəbər saytı kimi fəaliyyət göstərməyəcək:
"Yeni mövsümə qədər saytın fəaliyyətini dondurmuşuq. Sentyabr ayından sayt tamamilə fərqli bir formatda olacaq. Hazırda saytın üzərində iş gedir. Kollektivdə çalışan əməkdaşlar ATV-nin daxilində işlə təmin edilib. ATV.az artıq xəbər saytı kimi fəaliyyət göstərməyəcək.
Saytın bundan sonrakı fəaliyyət istəqamətinə gəlincə, Turan İbrahimov bunları deyib:
"Saytın fəaliyyət istiqaməti ilə bağlı biz iki versiya planlaşdırmışıq. Birinci variant ATV.az-ın kanalın saytı kimi fəaliyyət göstərməsidir. Başqa bir variantın üzərində iş getdiyi üçün onu açıqlamırıq.

Həsən Babayev