2018-ci ilin sonuna qədər Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobuslar kart sisteminə keçəcək.

Unikal.org xəbər verir ki,  bu barədə jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda bəzi sərnişin avtobusları standartlara cavab vermir: "Bunun üçün sərnişindaşımada fəaliyyət göstərən şirkətlər qarşısında şərt qoymuşuq ki, avtobuslar yenilənsin. Əgər yenilənməsə belə, həmin avtobusların xarici və daxili görkəmi dəyişməlidir. Avtobuslar yenilənəndən sonra onlarda da kart sistemi tətbiq ediləcək. Bu ilin sonu, 2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir. Həmin vaxtdan etibarən paytaxt daxilində bütün marşrutlar kart sisteminə keçəcək".