Sabunçuda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin eyvanının qapısı yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.