Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib. 

Unikal.org-un məlumatına görə, Bakının "Lokomotiv klubu çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib.

"Dəmiryolçular buna Yüksək dəstənin II pley-off mərhələsinin V turunda nail olub. Naxçıvanda keçirilən II dövrənin 2-ci oyun günündə "Neftçi ilə görüşən "Lokomotiv 3:1 hesabı ilə qalib gəlib.

Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran "dəmiryolçular bununla da çempion tituluna yiyələnib.