Türkiyənin Mardin vilayətinin Artuklu kəndində iki gün əvvəl qayalığdan dərəyə yuvarlanan eşşək bu gün oradan çıxarılıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, kəndlilər sözügedən eşşəyi qayadan çıxarmağa çalışsalarda bunu bacara bilmədiyindən xilasetmə qrupu çağırmağa məcbur olublar.

Bu gün saat 10.00-da hadisə yerinə gələn Mardin Böyükşəhər Bələdiyyəsinin xilasetmə qrupları heyvanın düşdüyü yerə eniblər. Eşşəyi ilk əvvəl müayinə edən qruplar, lazımlı müdaxilələri etdikdən sonra düşdüyü yerdən çıxarıblar.

Yaralı eşşək yerli baytarların nəzarətinə verilib.