"Azərbaycan və Ermənistan prezidentləri münaqişənin siyasi yolla həlli üçün danışıqlar prosesinin davam etdirilməsinə sadiq qaldıqlarını bildiriblər.

Unikal.org news.am saytına istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin yekunları ilə bağlı bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, həmsədrlər hər iki ölkənin dövlət başçıları və XİN rəhbərləri ilə görüşərək cəbhə xəttindəki gərginliklə bağlı dərin narahatçılıqlarını ifadə ediblər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik martın 11-də Bakıda, martın 27-də Ermənistanda və martın 28-də qondarma Dağlıq Qarabağda səfərdə olublar.