Türkiyənin A9 kanalında "ilahiyyatçı"lıq edən, dini gözdən salan Adnan Oktar"kediciy"inə erotik rəqs etdirdiyinə görə cərimələnib.

Unikal.org  türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktarın verilişi 6112 saylı Qanunun 8-inci - "Cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunması prinsipi pozula ola bilməz. ... uşaqların və gənclərin fiziki, zehni və əxlaqi inkişafına zərər verən proqramlar müəyyən zaman kəsiylərində və qoruyucu simvol istifadə edilmədən yayımlana bilməz maddəsini pozduğu üçün cərimələnib.