65 yaşlı Qusar sakini G.Şahbazov özündən 1 yaş kiçik avtomobilini 70 min AZN-ə satışa çıxarıb.

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, 1953-cü il istehsalı olan Qaz-12 markalı avtomobil 30 il öncə Quba sakinindən alınıb. 5 min rubla alınan avtomobili G.Şahbazovun atası idarə edib. Ötən ilə kimi avtomobil istifadəsiz qalıb. Uzun illərdir maşın ustası kimi fəaliyyət göstərən Gülməd ölkədə az rast gəlinən retro avtomobilinə yeni həyat verib.

Hazırda bu avtomobili 70 min manata satır.