Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 99 il ötür.

Unikal.org xəbər verir ki, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilb, on minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

31 Mart nə günüdür? Bakı sakinləri bu haqda hansı məlumata malikdir? AzVision.az bu suallarla paytaxt sakinlərinə müraciət edib.