Bu gün İngiltərə Premyer Liqasında XXX tura start veriləcək.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, turun ilk qarşılaşmasında Mersisayd derbisi baş tutacaq.

"Liverpul" doğma meydanda "Everton"la qarşılaşacaq.

Lider "Çelsi" isə "Kristal Palas"ı qəbul edəcək. Ötən mövsümün çempionu "Lester" də öz azarekşləri önündə oynayacaq. "Tülkülər"in rəqibi ortabab "Stok Siti" olacaq.

Liderlərdən uzaq düşməməyə çalışan "Mançester Yunayted" isə "Vest Bromviç"i qəbul edəcək.

Turun mərkəzi görüşü isə bazar günü keçiriləcək. "Arsenal" "Mançester Siti" ilə münasibətlərinə aydınlıq gətirəcək.