Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

Unikal.org-un RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə gör, insident Qətər səfirliyinin qarşısında qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, bundan əvvəl Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb.