İnəklərin müqəddəs sayıldığı Hindistanda müsəlman sürücünü döyülərək öldürüb. 

Unikal.org xəbər verir ki, 55 yaşındakı müsəlman sürücü Pəhluyi Khan 4 yoldaşı ilə birlikdə inək daşıyarkən yük maşını hindli kəndlilər tərəfindən saxlanılıb. İnəklərə hörmətsizlik etdiyini düşünən kəndlilər, hiddətə gələrək sürücünü və yoldaşlarını döyüblər. Faciəvi şəkildə döyülən sürücü xəstəxanaya qaldırıldıqdan bir gün sonra həyatını itirib.

Sürücünün şəriki Amet inəkləri kəsmək üçün deyil, südlərinin sağılması üçün daşıdıqlarını açıqlayıb. Bunun üçün rəsmi dövlət sənədi olduğunu bildirib.

Qeyd edək ki, Hindistanda ölkə əhalisinin 14%-i müsəlmanlar təşkil edir. İnək kəsmək isə bəzi ştatlarda cinayət sayılır.