Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, şəxsiyyəti hələlik məlum olmayan şəxs naməlum şəraitdə bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.