"Neftçinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Moskva-Bakı portalının suallarını cavablandırıb. Məşhur yazıçı müsahibəsində futbolla bağlı açıqlamalar da verib.

Unikal.org Apasport.az-a istinadən həmin müsahibədən çıxarışları təqdim edir.

- Çingiz Akifoviç, siz sanki 3 həyat yaşayırsınız. Eyni vaxtda bunu necə bacarırsınız? Həm məşhur yazıçısınız, həm "Neftçi kimi əfsanəvi klubun Müşahidə Şurası sədrisiniz, həm də...

- İcazə verin, sözünüzü kəsim. Mən 3 yox, 18 yerdə işləyirəm. Beynəlxalq Qara və Xəzər dənizi Fondunun prezidenti, "Neftçi"nin Müşahidə, Milli Kitabxananın Qəyyumlar Şurasının sədri, Yazıçılar Birliyinin katibi və Pen-Klubun prezidentiyəm. Artıq sadalamağa gərək yoxdu. Onu qeyd edim ki, üstəlik kitab da yazıram.

- Vəzifələrinizi sadalamaqda məqsədim o idi ki, soruşum ki, bunlardan hansı hazırda daha çox diqqət tələb edir?

- Futbol. Təəssüf ki, "Neftçi hazırda heç də yaxşı günlərini yaşamır. Bilmirəm, digər sahələrdə nə qədər uğurluyam, mənə deyilənə görə, heç də pis alınmır. İstəyirəm ki, bu uğurlarımdan daha artığını futbol sahəsində də qazanım. Bizim iki ildə nailiyyətimiz iki dəfə kubokun finalına yüksəlməkdi. Ancaq mən daha artığını arzulayıram.

- Siz yerli gənc futbolçulara üstünlük verirsiniz. Əlbəttə, bu çox gözəl arzudur, ancaq sizə elə gəlmirmi ki, gözəl olduğu qədər həm də romantik və həyata keçmyəcək istəkdi?

- Xeyr, elə deyil. Biz əcnəbi oyunçular da cəlb etmişik. Ancaq heç kim iddia edə bilməz ki, yerli oyunçuları yetişdirmək lazımsızdı. Öz kadrlarımızın olması çox vacibdi. Bu, gələcək üçün lazımlıdı. Əsas komandanı nəzərə almasaq, həm uşaq komandaları, həm də gənclər öz turnirlərində ilk sıralarda qərarlaşıblar. Hələlik uğursuz olan əsas komandadan fərqli gənclər çox yaxşı çıxış edirlər. Düşünürəm ki, biz onların simasında Azərbaycan futbolunun gələcəyini görə bilərik.

- "Neftçi bu il 80 illik yubileyini qeyd edir...

- Bəli. Bugünlərdə biz bütün tanınmış veteranlarımızı dəvət etmişdik. Rusiyadan, Ukraynadan, hətta İsveçdən gələnlər var idi. Sanki stadiona getdiyim və onların oyunlarını izlədiyim uşaqlıq illərimə qayıtmışdım. Bəzilərinin hətta 80 yaşları olsa da, çox gənc, çox formada qalıblar. Onlara yığışıb Bakıya gəldikləri və öz komandalarına azarkeşlik edib, dəstək olduqları üçün çox minnətdaram. 60-cı illərdə bizim yaxşı hücum üçlüyümüz var idi: Tuayev, Banişevski və Markarov. Sonuncu Bakıda yaşamır.

- Markarov hazırda Ermənistanda yaşayır. Bir vaxtlar onu "İki respublikanın əfsanəsi adlandırırdılar...

- Bəli, elədir. Bütün hallarda Markarov hələ də "Neftçiyə azarkeşlik edir. Son illər baş verən heç bir faciəvi hadisə onun sevimli komandasına sevgisini öldürə bilməyib.