Almaniya II Bundesliqasında XXVIII tura start verilib. 

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, milli komandamızın futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue öz meydanında "Münhen 1860la qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça start heyətində başlayan Dima oyunu əvəzolunmadan keçirib. O, dubl edərək komandasının qələbəsində önəmli rol oynayıb. Milli üzvü 42 və 73-cü dəqiqələrdə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, 28 oyundan sonra aktivində 32 xal olan "Aue turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.