Bakıda kafedə mübahisə zamanı 41 yaşlı kişi bıçaqlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində kafelərin birində dava baş verib. Nəticədə 1976-cı il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Ağır xəsarət alan E.Ağayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.