Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev jurnalistə sillə vurub.

Hadisə icra başçısının "Sovetskidə tarixi "Hacı Cavad məscidinin sökülməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı əraziyə gəlişi zamanı olub. Fərqanə Novruzova adlı jurnalist hadisə yerinə gələn İ. Mehdiyevdən açıqlama almaq istəyib. Lakin başçı ona kobud şəkildə "açıqlama vermirəm deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama almaq üçün İ.Mehdiyevin arxasında gedib. Bu zaman başçı ona sillə vurub.

Həmin kadrları təqdim edirik: