Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləj kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədova Nəzakət Əlixan qızı qardaşı oğlu Kamran Məmmədov tərəfindən bıçaqlanıb.

Xəsarət alan şəxs Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir. Fakt bağlı araşdırma aparılır.