13 yaşlı Malaçi Hemvill İnstagram-dakı profilində canlı yayım zamanı təqibçilərinə və dostlarına tapançasını göstərmək istəyib. Bu istək faciə ilə nəticələnib.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, olay ABŞ-ın Corciya ştatındakı Atlanta şəhərində yaşanıb. Malaçinin anası Şaniqa Stivensin dediyinə görə, evdə qəflətən güllə səsi eşidilib.

"Tez Malaçinin otağına qaçdım. Oğlum döşəmədə, qan içində idi", - qadın deyib.

Malçi təcili yardımla hospitala aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İnstagram-dakı profildə faciəni görən təqibçilər Malaçinin yaşadığı evə yollanıblar. Ş.Stivensin sözlərinə görən, evin önünə yığışmış 50 uşaq nə baş verdiyini öyrənmək istəyiblər.

Polis 13 yaşlı oğlanın tapançanı necə əldə etdiyini araşdırır. Ş.Stivens isə deyir: "Oğluma bu tapançanı dostu verib. O isə tapançanı tanımadığı insandan aldığını söyləyib".