Yardımlı rayonunda qadın qətlə yetirilib.

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 13-də Yardımlı rayonunun Telavar kəndinin ərazisində kənd sakini Natəvan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.