Azərbaycanda taxtanın qiyməti bahalaşıb. 

Unikal.org-un araşdırmasına görə, paytaxtın tikinti materillarının satışı mərkəzlərində taxtanın 1 kub metri hazırda 290-310 AZN təşkil edir. 

Bir neçə gün əvvəl taxtatının satış qiyməti 250-260  manat təşkil edirdi. Bundan başqa pol taxtasının da qiymətində artım müşahidə olunur. Bir kvadrat metri 12 AZN-ə satılan taxta hazırda müştərilərə 13.5 manata təqdim edilir. Satıcılar isə müştəri azlığından şikayətlənir. 

H.Babayev