Qax rayonunda qətl hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayon sakini 1959-cu il təvəllüdlü Musayev Aydın Musa oğlu qətlə yetirilib.

Hadisəni 1949-cu il təvəllüdlü, Hacıyev Nəbi Hacıislam oğlu odlu tüfəngdən istifadə etməklə törədib. Onların qonşu olduğu bildirilir.

A.Musayev "Kamaz" sürücüsü olub, N.Hacıyev isə təqaüddə olan keçmiş polis işçisidir.

Hadisə Aydın Məmmədov küçəsində, A.Musayevin yaşadığı evin qarşısında qeydə alınıb.

Hadisə ağac əkmək üstündə baş verib. A.Musayev kiçik ərazidə ağac əkərkən N.Hacıyev həmin ərazinin ona aid olduğunu bildirib. Nəticədə mübahisə baş verib. Hacıyev Musayevi təklülə tüfənglə qətlə yetirib.