Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Unikal.org  xəbər verir ki, bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bildirib.

Diplomatın sözlərinə görə, Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani ilə birgə "Asiyanın ürəyi - İstanbul prosesi" formatının nazirlər səviyyəsində görüşündə iştirak edəcək.

Səfir xatırladıb ki, artıq martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" ölkələrinin yüksək vəzifəli rəsmilərinin iclası baş tutub:

"Görüş böyük ehtimalla ilin ikinci yarısında keçiriləcək. Tarix dəqiqləşdirilir".