Azərbaycan yığmasının və "Synergy Baku komandasının velosipedçisi Maksim Averinin qanında dopinq çıxdı. 

Unikal.org xarici mətbuata isstinadən xəbər verir ki, onun qanında meldoni aşkar edilib. Averin yarışlardan kənarlaşdırılıb. Maksim Averin Azərbaycan yığmasının lideridir. O, ölkəmizi Rio-de-Jeneyroda keçirilən Olimpiadada təmsil edib.