Aktyor Ben Afflek və aktrisa Cennifer Qarner boşanırlar.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl boşanmaq üçün məhkəməyə müraciət edən Cennifer sənədləri geri götürmüşdü. Lakin bu, onların evliliyini xilas edə bilməyib. Cütlük özlərinə növbəti şansı versə də, barışa bilməyiblər.

Onlar qərara gəiblər ki, rəsmən boşansınlar və uşaqların tərbiyəsində birgə iştirak etsinlər. Yaxınları bildirib ki, onlar boşanmanı uşaqları Vayolet, Serafina və Samuelin himayədarlıq məsələsində razılaşmaq üçün yubadırdılar və bu problem artıq həll olunub.

Qeyd edək ki, Cennifer və Ben 2015-ci ildə 10 illik ailələrini ayırmağa qərar versələr də, rəsmiyyəti yubadırdılar.