Bakıda arvad ərini bıçaqlayıb. 

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda, Rəşid Behbudov küçəsində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Mahmud Şahzadə oğlu həyat yoldaşı ilə mübahisə edib. 

Nəticədə o, arvadı tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan M.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.