Aprelin 14-də Qax şəhəri ərazisində şəhər sakini Nəbi Hacıyev münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Aydın Musayevə xəsarət yetirib. 

DİN-dən unikal.org-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən A.Musayev orada ölüb.

Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə N.Hacıyev tutulub, hadisəni törədərkən istifadə edilmiş müvafiq sənədləri olan "İJ-16 markalı tüfəng götürülüb.