"Artıq sağlam yolla arıqlamağa üstünlük verirəm. Müayinə olunmuşam. Orqanizimimdə oksigen çatışmazlığı aşkar olundu. Müalicəyə başlamışam".

Unikal.org xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova "Xəzər maqazin"ə açıqlamasında deyib.

Sənətçi səhhətində aşkarlanan problemdən söz açıb:

"Xüsusi təbii içkilər və preparatlar vasitəsi ilə oksigen alıram. Gecələr vaxtında yatıb, səhər daha gümrah ayılıram. Yuxu çox önəmlidir. Çəkimdə də dəyişiklik hiss olunur. Önəmli olan sağlam yolla artıq çəkidən azad olmaqdır. Qidalanmaya mütləq fikir verilməlidir. Yalnız sağlam məhsullardan istifadə etmək lazımdır. Özümü sıfırlamışam. Dünya ulduzlarının layihə öncəsi olduğu rejimdəyəm".

Müğənni qızı İlqarədən də danışıb:

"Eyni evdə yaşamağımıza baxmayaraq qızımla rəqabətdəyik. İlqarə də artıq çəkilərindən azad olub. Onun da effekti göz qarşısındadır. Amma hələ ki, çəkilərimizi biri-birimizdən gizlədirik. Özümüzdən razı olan zaman bu meydan, bu da şeytan deyib açıqlayacağıq. Onu da deyim ki, İlqarənin arıqlama üslubu tam başqadır. O əməliyyatı seçdi. Amma elə də riskli bir şey deyildi. Gözlərin açıq ola-ola bu proses baş verir. Əməliyyatdan dərhal sonra öz ayağınla evə gedə bilirsən. Əgər əməliyyat çox ağrılı olsaydı heç vaxt razılıq verməzdim".big.az