Gündəmə nüvə hədəsi və diktatoru Kim Çen Inın qəddar qanunları ilə gələn Pxenyan həm də elm və texnika məbədi imiş. "YouTube portalında Şimali Koreya paytaxtındakı Sukto adasında tikilmiş "Elm və Texnika Məbədi ilə bağlı görüntülər yer alıb.

Unikal.org xəbər verir ki, atom fiquru formasında yaradılan müasir elmi-texniki kompleksin tikintisi 2015-ci ildə başa çatıb və kompleksin açılışı oktyabrın 28-də olub.

"Elm və Texnikanın Məbədi"nin ümumi ərazisi 100 min kvadrat metrdən çoxdur. Kompleks tərkibində Şimali Koreyada son ixtiraları haqqında elektron məlumat bazası ilə kitabxana, kinozallar, virtual reallıq və zəlzələlərin modelləşdirilməsi laboratoriyaları, ölkənin elmi nailiyyətləri haqqında məlumatlar toplanmış zallar var.