İranda rəsmi səfərdə olan müdafiə naziri Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqan ilə görüşüb.

Unikal.org-un Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə olunub.

Daha sonra İran Müdafiə Nazirliyinin binası qarşısında Z. Həsənovun da iştrak edəcəyi rəsmi bir mərasim də keçiriləcək.

Qeyd edək ki, Z. Həsənovun H. Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb. Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılıb.